FIFA Rusiya və Ukraynanın pley-off oyunları ilə bağlı qərar verdi

9 Mart 2022 01:30 Dünya çempionatı 4 230
FIFA Rusiya və Ukraynanın pley-off oyunları ilə bağlı qərar verdi

Polşa yığması üzrə 2022-ci il dünya çempionatının pley-off mərhələsində finala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, bu qərar Rusiya milli komandasının bütün beynəlxalq turnirlərdən kənarlaşdırılması ilə əlaqədar verilib.

Polşa DÇ-2022-yə vəsiqə uğrunda son görüşdə İsveç - Çexiya matçının qalibi ilə üz-üzə gələcək.

Digər tərəfdən, FIFA pley-offun Ukrayna və Şotlandiya milliləri arasındakı yarımfinal oyununu iyuna təxirə salıb. Bu addım Ukrayna tərəfinin xahişindən sonra atılıb. Finala vəsiqə uğrunda digər qarşılaşma Uels və Avstriya arasında olacaq.

DÇ-2022-nin püşkü aprelin 1-də Qətərin paytaxtı Dohada atılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!