"Onlarla sən məşğul olmalısan" - Ronaldo inanır ki...

15 Yanvar 2022 15:40 Dünya çempionatı 775
"Onlarla sən məşğul olmalısan" - Ronaldo inanır ki...

"Qətərdəki dünya çempionatına vəsiqə qazana bilməsək, bizim üçün kədərli olacaq".

Sportinfo.az xəbər verir ki, bunu Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo deyib.

37 yaşlı hücumçu komandasının mundialda iştirak edə biləcəyinə inandığını söyləyib:

"Aydın məsələdir ki, bizi 1-2 çətin qarşılaşma gözləyir. Türkiyə yığması ilə oyunumuz var.

Onlara qalib gəlsək, finalda İtaliya ilə qarşılaşa bilərik. Marta hazır olacağıq. Həyat elədir ki, orada ideal ssenarilər yoxdur. Onlarla sən məşğul olmalısan".

Portuqaliya seçməsi DÇ-2022-yə vəsiqə qazanmaq üçün pley-offda mübarizə aparacaq.

Komanda martın 24-də yarımfinalda Türkiyə ilə üz-üzə gələcək. Cütün qalibi həlledici görüşdə İtaliya - Şimali Makedoniya duelinin güclüsü ilə görüşəcək.

DÇ-2022 21 noyabr - 18 dekabrda 32 ölkənin iştirakı ilə baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi