Pley-off püşkü atıldı, Türkiyənin rəqibi bilindi

26 Noyabr 2021 20:30 Dünya çempionatı 1 118
Pley-off püşkü atıldı, Türkiyənin rəqibi bilindi

2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində gerçəkləşən tədbirdə pley-off cütlükləri müəyyənləşib.

Seçmə mərhələdə öz qrupunu 2-ci sırada başa vurmuş Türkiyə millisi C yolunda mübarizə aparacaq. "Ay-ulduzlular" yarımfinalda Portuqaliya yığması ilə qarşılaşacaq.

Ştefan Kuntsun baş məşqçi olduğu kollektiv finala yüksələcəyi təqdirdə İtaliya - Şimali Makedoniya cütünün qalibini evdə qəbul edəcək.

Yarımfinal

1. Şotlandiya - Ukrayna

2. Uels - Avstriya

Final

2 cütünün qalibi - 1 cütünün qalibi

B yolu

Yarımfinal

1. Rusiya - Polşa

2. İsveç - Çexiya

Final

1 cütünün qalibi - 2 cütünün qalibi

C yolu

Yarımfinal

1. İtaliya - Şimali Makedoniya

2. Portuqaliya - Türkiyə

Final

2 cütünün qalibi - 1 cütünün qalibi

Pley-off mərhələsində yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Yarımfinal oyunları 2022-ci il 24 martda, final matçları isə 29 martda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”