Sonuncu stadionun inşası başa çatdı - Qətərdə

21 Noyabr 2021 18:20 Dünya çempionatı 588
Sonuncu stadionun inşası başa çatdı - Qətərdə

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı üçün sonuncu - 7-ci stadionun inşası başa çatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə mundialın təşkilat komitəsinin baş katibi Həsən əl-Tavadi "Goal" nəşrinə açıqlamasında deyib.

O, "974" adı verilən arenada tikinti işlərinin tamamlanmasını elan etməkdən qürur duyduğunu bildirib:

"Bu dünya çempionatına gedən yolda daha bir mərhələdir. Biz ölkəmizdə təşkil olunacaq ilk mundiala ev sahibliyi etməyə yaxınlaşırıq".

Daha əvvəl "Ras-Abu-Abud" adlanan stadion 40 000 azarkeş tutumuna malikdir. Bu arenada dünya çempionatının 7 oyunu, həmçinin Ərəb Ölkələri Kubokunun 6 görüşünün keçirilməsi planlaşdırılır.

DÇ-2022 21 noyabr - 18 dekabrda 32 ölkənin iştirakı ilə baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti