Bu ölkələr dünya çempionatının final mərhələsinə vəsiqə qazandı

15 Noyabr 2021 10:20 Dünya çempionatı 1 024
Bu ölkələr dünya çempionatının final mərhələsinə vəsiqə qazandı

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan komandaların sayı 9-a çatıb.

Sportinfo.az xəbər verir ki, DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 10-cu turun bəzi oyunlarından sonra daha üç komanda mundiala vəsiqə qazanıb.

Bunlar Xorvatiya, İspaniya və Serbiya yığmalarıdır. Daha öncə mundiala ev sahibliyi edəcək Qətərlə yanaşı, Braziliya, Almaniya, Danimarka, Belçika və Fransa yığmalarının da dünya çempionatında iştirak edəcəyi dəqiqləşmişdi.

Gələn il Qətərdə keçiriləcək dünya çempionatı 21 noyabr – 18 dekabr aralığında baş tutacaq.

DÇ-2022-yə vəsiqəni təmin etmiş komandalar:

Qətər, Braziliya, Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya.

DÇ-yə vəsiqə uğrunda pley-off oynayacaq komandalar:

Avstriya, Çexiya, Portuqaliya, İsveç, Şotlandiya, Rusiya, Şimali Makedoniya, Uels

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!