Azərbaycanın qrupunda SENSASİYA - Xorvatiya, Serbiya və İspaniya DÇ-2022-də!

15 Noyabr 2021 01:40 Dünya çempionatı 3 868
Azərbaycanın qrupunda SENSASİYA - Xorvatiya, Serbiya və İspaniya DÇ-2022-də!

2022-ci il dünya çempionatının seçmə mərhələsində axırıncı turun ilk oyun gününə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Serbiya və İspaniya yığmaları qrup qalibləri kimi Qətərdə təşkil olunacaq dünya çempionatına birbaşa vəsiqə qazanıb.

A qrupunda Portuqaliya Serbiya ilə ev oyununda hesabı erkən qolla açsa da, sonda məğlubiyyətlə üzləşib. Əzmkar hesabla qalib gələn, Serbiya millisi xalını 21-ə çatdıraraq, 1-ci yeri tutub.

Qrupun digər görüşündə İrlandiya səfərdə Lüksemburqa 3:0 hesabı ilə qalib gələrək, "cırtdanlar"la eyni miqdarda - 9 xal toplayıb və vurulan-buraxılan topların fərqində daha yaxşı göstəriciyə malik olduğu üçün 3-cü pilləyə yüksəlib.

B qrupunda isə İspaniya İsveçi minimal hesabla yenib və xalını 19-a çatdıraraq, skandinaviyalılardan 4 xal aralanıb.

Qrupun digər oyununda Yunanıstan evdə Kosovo ilə 1:1 hesablı heç-heçə edərək, 10 xalla 3-cü yeri tutub.

Daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa və Xorvatiya yığmaları DÇ-2022-yə vəsiqə qazanıb.

Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya və Şimali Makedoniya millilərinin çıxış edəcəkləri dəqiqləşib.

14 noyabr

A qrupu

23:45. Lüksemburq - İrlandiya - 0:3

Qollar: Şeyn Daffi, 67. Çidozi Oqbene, 75. Kallum Robinson, 88

23:45. Portuqaliya - Serbiya - 1:2

Qollar: Renatu Sançiş, 2 - Duşan Tadiç, 33. Aleksandar Mitroviç, 90

Xal durumu: Serbiya - 20, Portuqaliya - 17, İrlandiya - 9, Lüksemburq - 9, Azərbaycan - 1

B qrupu

23:45. Yunanıstan - Kosovo - 1:1

Qollar: Yorqos Masuras, 44 - Amir Rrahmani, 76

23:45. İspaniya - İsveç - 1:0

Qol: Alvaro Morata, 86

Xal durumu: İspaniya - 19, İsveç - 15, Yunanıstan - 10, Gürcüstan - 7, Kosovo - 5

H qrupu

18:00. Malta - Slovakiya - 0:6

Qollar: Albert Rusnak, 6; 16, Ondrey Duda, 8; 69; 80, Vernon De Marko, 72

Qırmızı vərəqə: Rayan Kamenzuli, 47, Teddi Teuma, 51 (hər ikisi Malta)

18:00. Sloveniya - Kipr - 2:1

Qollar: Miha Zayts, 48, Adam Qnezda-Çerin, 84 - Andronikos Kakulis, 89

18:00. Xorvatiya - Rusiya - 1:0

Qol: Fyodor Kudryaşov, 81 (avtoqol)

Xal durumu: Xorvatiya - 23, Rusiya - 22, Slovakiya - 14, Sloveniya - 14, Kipr - 5, Malta - 5

J qrupu

21:00. Lixtenşteyn - Rumıniya - 0:2

Qollar: Dennis Man, 8. Nikusor Banku, 87

21:00. Şimali Makedoniya - İslandiya - 3:1

Qollar: Ezcan Alioski, 7. Elif Elmas, 65; 86 - Youn Daqur Torsteynsson, 54

Qırmızı vərəqə: İsak Berqmann Yohanesson, 79 (İslandiya)

21:00. Ermənistan - Almaniya - 1:4

Qollar: Henrix Mxitaryan, 59 (pen.) - Kay Haverts, 18, İlkay Gündoğan, 45+4 (pen.); 50. Yonas Hofmann, 64

Xal durumu: Almaniya - 27, Şimali Makedoniya - 18, Rumıniya - 17, Ermənistan - 12, İslandiya - 9, Lixtenşteyn - 1.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu