Xorvatiya Rusiyanı udub, dünya çempionatına vəsiqə qazandı - VİDEO

15 Noyabr 2021 00:00 Dünya çempionatı 477
Xorvatiya Rusiyanı udub, dünya çempionatına vəsiqə qazandı - VİDEO

Dünya çempionatının seçmə mərhələsinə yekun vurulur.

Sportinfo.az xəbər verir ki, H qrupunda qərarlaşan Xorvatiya millisi evdə Rusiya ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.

Bu qələbə sayəsində Zlatko Daliçin rəhbərlik etdiyi komanda 23 xalla qrupu 1-ci pillədə başa vurub və dünya çempionatına vəsiqə qazanıb.

22 xalı olan Rusiya isə pley-offda mübarizə aparacaq.

Xorvatiya - Rusiya - 1:0

Qol: Kudryaşov, 81 (öz qapısına)

Digər Xəbərlər
Xəbər Lenti