Belçika və Fransa DÇ-2022-də - Türkiyə şansını son tura saxladı

14 Noyabr 2021 01:40 Dünya çempionatı 1 497
Belçika və Fransa DÇ-2022-də - Türkiyə şansını son tura saxladı

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Fransa və Belçika yığmaları Qətərdə keçiriləcək mundiala qrup lideri kimi birbaşa vəsiqəni təmin ediblər.

D qrupunda yer alan Fransa millisi öz meydanında Qazaxıstanı darmadağın edərək, xalını 15-ə çatdırıb və sona 1 tur qalmış ən yaxın izləyicisi Finlandiyanı 4 xal geridə qoyub. 8 qolun yarısını Kilian Mbappe vurub.

E qrupunda Belçika yığması evdə Estoniyanı yenib və xallarını 19-a çatdırıb. Paralel matçda Belarusu darmadağın edən Uels xalını 14-ə çatdıraraq, 2-ci yerə yüksəlsə də, liderə əlçatmaz olub.

G qrupunda isə Niderland millisi səfərdə Monteneqro ilə görüşdə ən yaxşı bombardir Memfis Depayın dublu sayəsində öndə olsa da, son dəqiqələrdə qapısından 2 top buraxıb.

Bununla da "narıncılar" qrup lideri kimi qalmalarına rəğmən, mundiala birbaşa vəsiqə qazana bilməyiblər. Bu komanda hazırda Türkiyə və Norveçi 2 xal geridə qoyur.

Daha əvvəl Avropa zonasından Almaniya və Danimarka da DÇ-2022-yə vəsiqə qazanıb. Cənubi Amerika zonasından Braziliya bu hüquqa yiyələnib. Qətər isə mundiala ev sahibi kimi birbaşa vəsiqə əldə edib.

Birbaşa vəsiqənin taleyinə son turda aydınlıq gələcək. Noyabrın 16-da Niderland Norveçi qəbul edəcək, Türkiyə isə Monteneqronun qonağı olacaq.

D qrupu

Bosniya və Herseqovina - Finlandiya - 1:3

Qollar: Luka Menalo, 69 - Markus Forss, 29. Robin Lod, 51. Daniel O Şonessi, 73

Qırmızı vərəqə: Yukka Raytala, 37 (Finlandiya)

Fransa - Qazaxıstan - 8:0

Qollar: Kilian Mbappe, 6; 12; 32; 87. Kərim Benzema, 55; 59. Adrian Rabyo, 75. Antuan Qrizmann, 84 (pen.)

Xal durumu: Fransa - 15 (7 oyuna), Finlandiya - 11 (7), Ukrayna - 9 (7), Bosniya və Herseqovina - 7 (7), Qazaxıstan - 3 (8)

E qrupu

Uels - Belarus - 5:1

Qollar: Aaron Remzi, 3; 50 (pen.). Neko Uilyams, 20. Ben Devis, 77. Konnor Roberts, 89 - Artyom Konstevoy, 87

Belçika - Estoniya - 3:1

Qollar: Kristian Benteke, 11. Yannik Karrasko, 53. Torqan Azar, 74 - Erik Sorqa, 70

Xal durumu: Belçika - 19 (7 oyuna), Uels - 14 (7), Çexiya - 11 (7), Estoniya - 4 (7), Belarus - 3 (8).

G qrupu

Norveç - Latviya - 0:0

Türkiyə - Cəbəllütariq - 6:0

Qollar: Kerem Aktürkoğlu, 11. Halil Dervişoğlu, 38; 41. Merih Demiral, 65. Serdar Dursun, 81. Mert Müldür, 84

Qırmızı vərəqə: Ceys Maskarenyas-Olivero, 22 (Cəbəllütariq)

Monteneqro - Niderland - 2:2

Qollar: İliya Vukotiç, 82. Nikola Vuynoviç, 86 - Memfis Depay, 25 (pen.); 54

Xal durumu: Niderland - 20, Türkiyə - 18, Norveç - 18, Monteneqro - 12, Latviya - 6, Cəbəllütariq - 0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!