Ronaldo Azərbaycanın olduğu qrup haqda "dəyərlidir" dedi

13 Noyabr 2021 09:20 Dünya çempionatı 2 869
Ronaldo Azərbaycanın olduğu qrup haqda "dəyərlidir" dedi

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsində İrlandiyaya qarşı keçirdikləri səfər oyununu şərh edib.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı hücumçu 0:0 hesabıyla bitən matçla bağlı “instaqram” hesabında bunları qeyd edib:

“İrlandiyada oynamaq hər zaman çətin olur. Qazanılan hər xal bizim üçün dəyərlidir. Bazar günü, evimizdə oynayacağımız matçdan sonra DÇ-2022-yə vəsiqəni təmin edəcəyik”.

A qrupunda Azərbaycan, Lüksemburq, İrlandiya və Serbiya ilə mübarizə aparan Portuqaliya yığması 17 xalla liderdir.

Portuqaliya millisi noyabrın 14-də Serbiya ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...