COP29

"Çox sevincliyəm, dünya çempionu olmaq yaxşı hissdir"

21 May 08:40 Digər növlər 848
"Çox sevincliyəm, dünya çempionu olmaq yaxşı hissdir"

Azərbaycanın paraatleti Səid Nəcəfzadə Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, o, T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.30 metr nəticə ilə birinci olub.

Daha əvvəl Avropa çempionu olan idmançı ilk dəfə mundialda qızıl medala yiyələnib. Səid Nəcəfzadə ötən il Parisdə təşkil edilən dünya çempionatında bürünc medala sahib çıxıb.

İdmançı Tokio paralimpiadasının bürünc medalçısıdır. İki gün əvvəl paraatlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda milli komandamıza ilk qızıl medalı qazandırıb.

"Növbəti hədəfim Parisdəki Yay Paralimpiya Oyunlarıdır" - Səid Nəcəfzadə turnirin onun üçün çox yaxşı keçdiyini bildirib:

"Çox sevincliyəm. Şəxsi rekordumu yenilədim.

Paralimpiya Oyunlarından əvvəl dünya çempionu olmaq yaxşı hissdir. Növbəti hədəfim Paris Paralimpiadasında yaxşı çıxış etməkdir".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"