Millimiz Avropa çempionatından kənarda qaldı

12 Avqust 2020 19:02 Digər növlər 1 544
Millimiz Avropa çempionatından kənarda qaldı

Azərbaycanın şose velosipedi üzrə U-23 və gənclər yığması 24 - 28 avqustda Fransada təşkil ediləcək Avropa çempionatında iştirak etməyəcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) Sportinfo.az-a verilən məlumata görə, buna səbəb yerli hökümətin ölkəyə daxil olan şəxslərdən karantin rejimini tələb etməsidir.

Komanda avqustun sonunadək Tovuzda hazırlıq keçəcək, yığma üzvlərinin sentyabrda Türkiyədə keçiriləcək bir neçə bəynəlxalq turnirdə, həmçinin İsveçrədə təşkil olunacaq dünya çempionatında iştirakı planlaşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti