Bakıya gələ bilməyəcək - İki cərimə xalı aldğı üçün

8 Sentyabr 2024 04:00 Digər növlər 1 833
Bakıya gələ bilməyəcək - İki cərimə xalı aldğı üçün

"Formula 1" üzrə Azərbaycan Qran-prisində "Haas" komandasında danimarkalı Kevin Maqnusseni əvəzləyəcək pilot müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə ABŞ təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

K.Maqnusseni 19 yaşlı britaniyalı pilot Oliver Berman əvəzləyəcək. Beləliklə, Berman "Formula 2" yarışını buraxmalı olacaq.

Kevin Maqnussen İtaliya Qran-prisində iki cərimə xalı aldğı üçün Bakıdakı yarışda iştirak etməyəcək. O, artıq 12 cərimə xalı topladığı üçün avtomatik diskvalifikasiya edilib.

Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…