Azərbaycanın komandası Türkiyədə reqatada iştirak edəcək

29 May 03:10 Digər növlər 477
Azərbaycanın komandası Türkiyədə reqatada iştirak edəcək

Azərbaycanın yelkən komandası iyunun 4-dən 6-dək Türkiyənin Urla şəhərində "Pro Sailing Optimist Cup" beynəlxalq reqatasında mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.

Komanda yarışda 5 idmançı ilə təmsil olunacaq.

Furkan Mustafayev, Kamal Bəşirli, Səma Mansurzadə, Amira Bayramova və Kamilla Həsənova reqatada mükafatçılar sırasında yer almağa çalışacaqlar.

Komandanın rəhbəri Burcu Alqon Corciani, məşqçisi isə Panayotis Papadakisdir.

Yelkənçilər mayın 30-dan etibarən Urla şəhərində yarışa hazırlıq məqsədilə təlim-məşq toplanışına başlayacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM