Atletlər Komissiyasının tərkibində dəyişiklik edildi

04:30 Digər növlər 89
Atletlər Komissiyasının tərkibində dəyişiklik edildi

Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyasının tərkibində dəyişiklik olub.

Sportinfo.az xəbər verir ki, qurumun iclası MOK-un inzibati binasında keçirilib.

Toplantını giriş sözü ilə açan MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev Atletlər Komissiyasının həyata keçirdiyi layihələr barədə məlumat verib.

İclasda komissiyanın yeni tərkibi müəyyənləşib. Atletlər Komissiyanın sədri olan Rüstəm Orucovun (cüdo) yerinə Fəridə Əzizova (taekvondo) sədr seçilib. Taekvondoçu indiyə qədər Atletlər Komissiyasının sədr müavini kimi fəaliyyət göstərib.

2025-2028-ci illər dövrü üçün Fəridə Əzizova (taekvondo) komissiyanın sədri, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvüləri kimi fəaliyyət göstərəcəklər.

Səsvermədən sonra Atletlər Komissiyasının gələcək fəaliyyəti barədə müzakirələr aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 08:50 "Qarabağ" üçün FOTOLAR