Bakıdakı Dünya Kubokunda çıxışını başa vurdu - Azərbaycanlı bədii gimnast

22 Aprel 00:00 Digər növlər 185
Bakıdakı Dünya Kubokunda çıxışını başa vurdu - Azərbaycanlı bədii gimnast

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən Dünya Kubokunda çıxışını başa vurub.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz Milli Gimnastika Arenasında təşkil olunan yarışda fərdi mübarizədə fəxri kürsüyə yüksələ bilməyib.

Onun lentlə proqramının icrası 30.600 xalla qiymətləndirilib. Nəticədə milli üzvü 6-cı pillədə qərarlaşıb.

Z.Ağamirova daha öncə halqa ilə çıxışda 5-ci olub.

Digər Xəbərlər
Xəbər Lenti