Gənclər və İdman Nazirliyi yeni layihəyə başladı - “Xəzər dalğası”

18 İyun 2022 01:10 Digər növlər 539
Gənclər və İdman Nazirliyi yeni layihəyə başladı - “Xəzər dalğası”

Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyi (AGİN) dənizdə (açıq suda) üzmə yarışı keçirəcək.

Sportinfo.az xəbər verir ki, nazirliyin yeni layihəsi olan “Xəzər dalğası” kütləvi yarışı iyunun 26-da Pirallahı qəsəbəsi, Nərəkənd parkında peşəkarlar və həvəskarlar arasında, 5 yaş qrupunda (10-17, 18-29, 30-39, 40-49 və +50 yaş) təşkil ediləcək.

Yarış zamanı müxtəlif su idman növləri üzrə nümunəvi çıxışlar sərgilənəcək.

Üzməyi bacaran hər kəs yarışda iştirak edə bilər. Bunun üçün qeydiyyatdan keçmək və 25 manat iştirak haqqı ödəmək tələb olunur.

Həmçinin xeyriyyə məqsədi daşıyan yarışdan əldə edilən vəsait “Kür” Olimpiya Tədris-İdman Mərkəzində şəhid övladları üçün üzgüçülük və avarçəkmə idman növləri üzrə yay düşərgəsinin təşkilinə sərf ediləcək.

açıq suda üzgüçülük yarışları açıq su hövzələrində (çaylar, göllər, dənizlər və okeanlar) müxtəlif məsafələrə təşkil olunur.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır