"Mövsümün ən gözlənilməz yarışı onu çox həyəcanlı edir"

15 May 2022 02:40 Digər növlər 427
"Mövsümün ən gözlənilməz yarışı onu çox həyəcanlı edir"

“Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün gerisayım başlayıb.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti qurum yarış üçün sonuncu hazırlıqlarını tamamlayır.

Sportinfo.az xəbər verir ki, BŞH-ın icraçı direktoru Arif Rəhimov Qran-priyə bütün biletlərin tam alınacağına ümid etdiyini söyləyib:

"İzdihamı qarşılamağa səbrsizlənirik. Əvvəlki beş yarışda beş fərqli qalibimizin olması çox gözəldir.

"Formula 1" azarkeşləri bu yarışı qaçırmamalıdır. Mövsümün ən gözlənilməz yarışı onu çox həyəcanlı edir".

Cari mövsüm "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"