“Prezident qərar qəbul edib, hər federasiyaya bir nəfər cavabdehlik daşıyacaq"

2 Dekabr 2021 20:00 Digər növlər 505
“Prezident qərar qəbul edib, hər federasiyaya bir nəfər cavabdehlik daşıyacaq"

"Artıq cənab Prezident qərar qəbul edib ki, bir nəfər yalnız bir federasiyaya cavabdehlik daşısın.

Yəni hər federasiyaya bir nəfər prinsipi olsun".

Sportinfo.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Ç.Hüseynzadə bildirib ki, Prezident İlham Əliyevin federasiyaların fəaliyyətindən narazılığı göstərilən nəticələrdən irəli gəlir:

"Federasiyanın işi onun nəticələri ilə müəyyənləşir. Bu, Yay Olimpiya Oyunlarında və digər dünya səviyyəli yarışlarda da hiss olunur".

MOK rəsmisinin fikrincə, digər sahələrdə olduğu kimi, federasiyalarda da dəyişiklik lazımdır:

"Rotasiya, cavanlaşma getməlidir. Bu, ölkədə baş verən ümumi prosesdir. Federasiyalarda bu istiqamətdə işlər gedir.

Artıq bir neçəsində rəhbərlik dəyişib. Bəziləri artıq təsdiqlənib. Gözləyək, görək bir ildən sonra vəziyyət necə olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"