"Dəfələrlə Azərbaycana gələcəyimə söz versəm də, alınmayıb"

9 Sentyabr 2021 01:30 Digər növlər 952
"Dəfələrlə Azərbaycana gələcəyimə söz versəm də, alınmayıb"

"MDB Oyunları ilk dəfədir keçirilir. Bu, gözəl təşəbbüs və muay tay üçün əla fürsətdir.

Oyunlarda inanılmaz rəqabət var. Bu cür yarışların keçirilməsi muay tayın populyarlaşması baxımından da önəmlidir".

Sportinfo.az xəbər verir ki, bunu Beynəlxalq Muay tay Federasiyasının prezidenti Stefan Foks I MDB Oyunları ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan tay boksçularının yarışdakı çıxışını dəyərləndirən funksioner ölkəmizdə istedadlı idmançıların çox olduğunu bildirib:

"Bu, yeni nəsildir. Azərbaycan son 3-4 ildə bu idman növü üzrə xeyli inkişaf edib. Burada hər zaman güclü idmançılar olub".

Muay tayın olimpiya proqramında olmadığını xatırladan Foks Beynəlxalq Olimpiya Komitəsi (IOC) ilə müzakirələrin davam etdiyini vurğulayıb:

"Amma qarşıda xeyli sayda beynəlxalq yarış var. Gələn il ABŞ-da, 2023-cü ildə Tailandda turnirlərimiz olacaq".

O, tezliklə Azərbaycana gələcəyini əlavə edib: "Dəfələrlə söz versəm də, alınmayıb. Yaxın vaxtlarda Azərbaycana gəlib, Milli Olimpiya Komitəsini və yerli federasiyanı ziyarət edəcəyəm".

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var