"Bakıda qüsursuz yarışmaq çətindir - Hava bizə kömək etdi? Bilmirəm"

6 İyun 2021 12:40 Digər növlər 612
"Bakıda qüsursuz yarışmaq çətindir - Hava bizə kömək etdi? Bilmirəm"

"Bu, bizim üçün çox böyük nəticədir. Mübarizəyə davam edəcəyik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turunu ikinci pillədə bitirən "Mercedes" pilotu Lüis Hemilton deyib.

7 qat dünya çempionu daha yaxşı olmaq üçün mühəndislərlə birlikdə fürsət axtarmağa davam edəcəklərini bildirib:

"Bütün gecə çalışmışıq. Komanda əla nəticə qazandı. Hava kömək etdi? Bilmirəm. Burada qüsursuz yarışmaq çətindir.

Sürətli dövrədə templə bağlı problemlərimiz var, amma əsas yarışda vəziyyət daha yaxşı olacaq".

Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. İlk olaraq "Formula-2"də yekun mərhələ baş tutacaq.

Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu