Azərbaycan cüdoçusu finala qaldı - Dünya çempionatında

23 May 2024 18:20 Cüdo 762
Azərbaycan cüdoçusu finala qaldı - Dünya çempionatında

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Portuqaliya təmsilçisi Jorje Fonsekaya qalib gəlib.

Onun finaldakı rəqibi kanadalı Şadi Elnahas olacaq.

Mundial mayın 24-də başa çatacaq. İndiyədək milli üzvlərindən Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb. Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!