FANTASTİK MESSİ - Qrup mərhələsində 70 qol vuran ilk futbolçu

29 Oktyabr 2020 13:40 Çempionlar Liqası 716
FANTASTİK MESSİ - Qrup mərhələsində 70 qol vuran ilk futbolçu

"Barselona"nın ulduzu Lionel Messi Çempionlar Liqasında yeni uğura imza atıb.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində 70-ci qolunu vurmaqla rekord müəyyənləşdirib.

Təcrübəli forvard G qrupunun II turunda İtaliyada "Yuventus"unu 2:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Messi 90+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Argentinalı 14-cü dəqiqədə hesabı açan Usman Dembeleyə məhsuldar ötürmə verib. Bu isə hücumçunun Çempionlar Liqasındakı 33-cü ötürməsidir.

Messi bu göstəriciyə görə "Yuventus"da çıxış edən Kriştianu Ronaldodan (38 məhsuldar ötürmə) geri qalır. Çempionlar Liqası tarixində heç bir oyunçu qrup mərhələsində 70 qol vurmayıb

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"