Çempionlar Liqası avqustun 7-də yenilənəcək

19 Aprel 2020 17:00 Çempionlar Liqası 613
Çempionlar Liqası avqustun 7-də yenilənəcək

Koronavirus pandemiyasına görə dayandırılmış avrokubokların yenilənməsinin mümkün tarixləri məlum olub.

Sportinfo.az xəbər verir ki, Avropa Liqası oyunlarının 2-3 avqustda yenilənməsi planlaşdırılır.

Çempionlar Liqası isə öz növbəsində 7-8 avqustda yenilənəcək. Oyunlar hər üç gündən bir keçiriləcək. Daha əvvəl bildirilirdi ki, UEFA 29 avqustda Çempionlar Liqasının finalını keçirməyi planlaşdırır.

Koronavirus infeksiyasının yayılması riskinə görə bütün dünyada kütləvi idman tədbirləri dayandırılıb. Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti