
“Qarabağ”ın bu yay “Ferentsvaroş”dan ayrılan Ovusu Kvabenanı geri qaytarmağa hazırlaşması barədə xəbərlər yayılıb.
Sosial şəbəkələrdə viral olan informasiyaya görə, Ağdam təmsilçisi 2023-ci ilin fevralında buradan gedən qanalı hücumçunu azad agent kimi heyətinə cəlb etmək üçün danışıqlar aparır.
Bir neçə gün əvvəl başlayan danışıqların artıq müqavilənin razılaşdırılması ilə nəticələndiyi bildirilir. Razılaşmaya əsasən, Kvabena ilə iki illik sözləşmə imzalanacaq.
Mərkəz oyunçusu ötən mövsüm icarə əsasında Türkiyədə "Ankaragücü"nün formasını geyinib. O, iştirak etdiyi 16 oyunda 9 qol vurub.
Ovusu Kvabena 2020-2023-cü illərdə “Qarabağ”a məxsus olub. “Transfermarkt” onun bazar dəyərini 400 min avro olaraq qiymətləndirir. “Köhlən atlar“ afrikalını həmin vaxt onu elə bu qiymətə macarlara satıb.
İndi burada bir anloıq ayaq saxlayın…
Gerçəyi bizdən eşidin! Azərbaycan çempionu vaxtilə klubdan ayrılmaq üçün israr eləyən forvardı geri qaytarmağa hazırlaşmır.
Düzdür, Ovusu ayrı-ayrı şəxslər vasitəsilə istər “Qarabağ“ rəhbərlyinə, istərsə də Qurban Qurbanova mesaj göndərib, qayıtmaq arzusunu bildiriö, amma çi fayda!
Baş məşqçi bu dönüşün əleyhinə çıxıb, qanalıya “yox“ deyib.
SPORTİNFO.AZ