"Qarabağ"ı dağıtmaq yolunu seçiblər...

21:00 Qarabağ 419
"Qarabağ"ı dağıtmaq yolunu seçiblər...

Ölkədə illərdi normal idarə olunan tək klub "Qarabağ"dı. Bunu biz yox, ortaya qoyulan iş deyir.

12 il ardıcıl qruplarda çıxış etmək sıradan hadisə deyil.

Hələ Çempionlar Liqasının qrup mərhələsi, pley-off mərhələsinə vəsiqə qazanmağı demirəm.

Cəmi bir mövsüm əvvəl bu komanda Almaniya nəhəngi "Bayer Leverkuzen"ə uduzub, Avropa Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanmadı deyə üzülmüşdük.

Cümlənin özündən bal dadır. Həm də möcüzə.

Amma yerindən duran bu kluba məsləhət verir, ağıl qoyur.

Ki, onu niyə almadın, bunu niyə almadın.

Xəsislik edirsiniz və.s.

Əgər bu işlər belə asandırsa, hər şey pulla həll edilirsə, "Sabah"ın, "Araz"ın, "Zirə"nin yetəri qədər pulu var. Niyə bircə qrup mərhələsinə vəsiqə qazana bilmirlər?

Hələ son iki mövsümü avrokuboklara belə vəsiqə qazanmayan "Neftçi"dən danışmıram.

Tez-tez misal göstərilir ki, digər klublar yaxşı oyunçu gətirə bilirsə, "Qarabağ" niyə yaxşı hücumçu gətirə bilmir?

Digər klublar Qarabağ"dan yaxşı oyunçuları gətirə bilirsə, niyə yaxşı nəticələri qazana bilmir?

Həmin oyunçular ancaq Azərbaycan çempionatında seçilə bilərlər.

O çempionat ki, "Qarabağ" illərdi ikinci heyətlə çempion olur.

Göstərici Avropa səhnəsidir. İllər göstərir ki, burada yeganə bacarıqlı komanda Qarabağ"dır.

Sanki kimlərsə əl-ələ verib, bu klubu dağıtmaq yolunu seçib.

Ayıbdı, ayıbınıza kor olmaqdan, tutduğunuz iyrənc yola bir baxın.

Qınamıram, yaxşı iş deyil axı əlinizdən gəlsin...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
14 Avqust 20:20 Elmar Baxşıyev fərqi...