“Qarabağ”a qol vurdu, Qurban Qurbanovun diqqətini çəkdi, I Liqaya üz tutdu

16 Avqust 2025 13:20 Qarabağ 9 276
“Qarabağ”a qol vurdu, Qurban Qurbanovun diqqətini çəkdi, I Liqaya üz tutdu

“Şkendiya”nın yarımmüdafiəçisi Fabris Tamba özünə yeni komanda tapıb.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ”la görüşlərində effektiv performans göstərən və Qurban Qurbanovun diqqətini cəlb etdiyi iddia olunan seneqallı Türkiyədə oynayacaq.

O, 1-ci liqada mübarizə aparan “Amedspor”la anlaşıb.

Tamba Bakıda keçirilmiş "Qarabağ" - "Şkendiya"(5:1) görüşündə komandasının yeganə qolunu vurmuşdu.

Tamba karyerası ərzində “Sportinq Kovilya”, “Beyra-Mar”, “Braqa B" və "Şkupi”də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO