Çempionlar Liqasının himni Bakıda səsləndiriləcək - Bu tarixdə

03:20 Qarabağ 136
Çempionlar Liqasının himni Bakıda səsləndiriləcək - Bu tarixdə

"Qarabağ" tarixində dördüncü dəfə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirinin himni avqustun 27-də yenidən Bakıda səsləndiriləcək.

Azərbaycan təmsilçisi əvvəllər 2017/2018, 2022/2023 və 2024/2025 mövsümlərində bu mərhələyədək irəliləməyi bacarıb.

Bunlardan yalnız birincisində əsas mərhələyə yüksəlmək mümkün olub. 8 il əvvəl "Qarabağ" Danimarka "Kopenhagen"ini həmin vaxt mövcud olan səfər qolu sayəsində üstələməyi bacarıb - 1:0, 2:1.

2022/2023 mövsümündə "Qarabağ"ın önünü Çexiyanın "Viktoriya Plzen" komandası kəsib - 0:0, 2:1.

2024/2025 mövsümündə isə Xorvatiya təmsilçisi "Dinamo Zaqreb"i keçmək mümkün olmayıb - 0:2, 0:3.

"Qarabağ" bu mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Şelburn"unu (3:0, 1:0), III təsnifat mərhələsində Şimali Makedoniya "Şkendiya"sını (1:0, 5:1) üstələyərək, Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

Rəqib isə "Lüdoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi olacaq. "Qarabağ" ilk oyununu avqustun 19-da səfərdə, cavab görüşünü avqustun 27-də evdə keçirəcək.

Qaydalara əsasən Çempionlar Liqasının himni pley-off mərhələsindən səsləndirilməyə başlayır.

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 22:20 Bolqar dərsi...