İki klubumuz Avropa səhnəsini tərk etdi, Azərbaycanın izləyicilərindən biri dəyişdi

15 Avqust 12:40 Azərbaycan Futbolu 502
İki klubumuz Avropa səhnəsini tərk etdi, Azərbaycanın izləyicilərindən biri dəyişdi

Azərbaycanın UEFA reytinqindəki izləyicilərindən biri dəyişib.

Sportinfo.az xəbər verir ki, bu, avrokuboklarda III təsnifat mərhələsinin cavab oyunlarından sonra reallaşıb.

Əmsalını 18.375-ə çatdıran və hazırda qitə turnirlərində üç təmsilçisi qalan Bolqarıstan 29-cu pilləyə yüksəlib. Onlar UEFA yarışlarına buraxılmayan Rusiyanı (18.299) keçiblər.

Azərbaycan (19.250) 28-ci mövqedə qalıb. Ukrayna (19.725) isə 27-ci sıradadır.

Bu həftə "Qarabağ" Çempionlar Liqasında, Bakıda Şimali Makedoniyanın "Şkendiya" kollektivini 5:1 (ilk oyun - 1:0) hesabı ilə üstələyib. Ölkə çempionu pley-offda Macarıstanın "Ferentsvaroş" klubuna rəqib olub.

"Sabah" və "Araz-Naxçıvan" isə UEFA Konfrans Liqasında mübarizəni dayandırıb. Bakı təmsilçisi evdə Bolqarıstandan "Levski"yə (Sofiya) 0:2 (ilk oyun - 0:1), Naxçıvan klubu Kiprdə "Omoniya"ya 0:5 (ilk oyun - 0:4) hesabı ilə yenilib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu