
"Hikmət Cəbrayılzadəni meydana buraxmaqla Qurban Qurbanov akademiyadakı uşaqlara mesaj verdi.
Yəni, qapı sizin üzünüzə də açıqdır.
O səviyyəyə çatdıqda hər biriniz üçün bu, əlçatandır. Üzərinizdə daha çox çalışıb, xəyal etsəz, əsas komandada oynamaq şansınız var".
Bu açıqlamalar “Sportinfo TV”də yayımlanan "Avropa həftəsi" verilişində səsləndirilib.
Elçin Cəfərovun aparıcısı olduğu verilişdə futbol mütəxəssisi Amit Quluzadə Çempionlar Liqasının 3-cü təsnifat məhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” -"Şkendiya" (5:1) matçı barədə danışıb.
Qonaq “Qarabağ”ın aşağı yaş qruplarından ibarət komandalarında yer alan uşaqların gələcəkdə Hikmət Cəbrayılzadə kimi şans tapmaq perspektivlərindən danışıb.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN