“Ferentsvaroş”un futbolçusu Bakıda manqal tüstüsündən narahat olub: “Su sel kimi axırdı”

5 Avqust 22:40 Çempionlar Liqası 502
“Ferentsvaroş”un futbolçusu Bakıda manqal tüstüsündən narahat olub: “Su sel kimi axırdı”

"Bir tərəfdən, stadionda görünəcək və hiss ediləcək dərəcədə tüstü var idi.

Məncə, bu, ətrafda çox gördüyümüz manqallardan başqa heç bir yerdən çıxa bilməzdi".

Sportinfo.az xəbər verir ki, bunu "Ferentsvaroş"un futbolçusu Endre Botka Bakıda "Qarabağ"la 1:1 hesablı heç-heçə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu barədə yerli mətbuata açıqlamasında deyib.

27 yaşlı sağ cinah müdafiəçisi bildirib ki, tüstü onsuz da pis olan havanı daha da ağırlaşdırıb:

"Çox çətin şəraitdə oynadıq. Qəribədir, əvvəllər belə şey yaşamamışdım. İstilik o qədər də güclü deyildi, amma nədənsə, meydanda oksigen yox idi.

Havasız idi. Komanda yoldaşlarım və mən bunu isinmə hərəkətlərinə getdikdən cəmi iki dəqiqə sonra suyun bizdən sel kimi axmasından sonra hiss etdik.

Bunu bəhanə etmirəm, rəqib də bizimlə eyni şəraitdə oynadı. Sadəcə, onlar rütubətli havaya daha çox öyrəşiblər".

"Ferentsvaroş" və "Qarabağ" arasında cavab matçı avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdəki "Groupama Arena"da olacaq.

Digər Xəbərlər
Xəbər Lenti