AFFA prezidenti FİFA rəhbərinə niyə təşəkkür etdi?

3 Oktyabr 2025 01:50 Bizimkilər 607
AFFA prezidenti FİFA rəhbərinə niyə təşəkkür etdi?

AFFA prezidenti Rövşən Nəcəf FIFA prezidenti Canni İnfantinoya təşəkkür edib.

Sportinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb:

“Bu mühüm və tarixi qərar dövlət başçıları arasında mövcud olan dostluq münasibətlərinin, ölkələrin rifahına və inkişafına yönələn siyasətin, həmçinin hər iki ölkədə idmana göstərilən xüsusi diqqət və qayğının bariz göstəricisidir.

Dəstəyə görə FIFA prezidenti Canni İnfantinoya və İcraiyyə Komitəsinin üzvlərinə təşəkkürümü bildirirəm”.

FIFA İcraiyyə Komitəsinin qərarına əsasən, 2027-ci ildə 20 yaşadək futbolçular arasında dünya çempionatının final mərhələsi Azərbaycan və Özbəkistanda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 Yanvar 18:10 Çək və bizə göndər!