Ağayev Norveçə göndərildi

2 Oktyabr 02:50 Bizimkilər 551
Ağayev Norveçə göndərildi

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, Ə.Ağayev Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Brann” (Norveç) – “Utrext” (Niderland) matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Macarıstanlı Tomaş Baqnar VAR, Ferens Karako isə AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma oktyabrın 2-si Bergen şəhərindəki “Brann” stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Dekabr 20:00 Çək və bizə göndər!