
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatına növbəti matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, onun çıxış etdiyi "Motor" 10-cu turda çərçivəsində "Radomiyak"ı qəbul edib. Görüş 2:2 hesabı ilə yekunlaşıb.
Dadaşov da sabiq komandası ilə görüşün iştirakçısı olub. Matça ehtiyat oyunçular skamyasından başlayan millimizin forvardı 77-ci dəqiqədə - hesab 1:1 olarkən Karol Czubakın əvəzinə meydana çıxıb.
Bundan 2 dəqiqə sonra Renatın komandası hesabda önə keçsə də, "Radomiyak" 87-ci dəqiqədə məğlubiyyətdən qaçıb.
bu heç-heçədən sonra xallarının sayını 11-ə çatdıran "Motor" 10-cu pillədə qərarlaşıb.