Azərbaycan millisinin sabiq hücumçusu belə bir problemlə üzləşdi

10:40 Bizimkilər 140
Azərbaycan millisinin sabiq hücumçusu belə bir problemlə üzləşdi

Azərbaycan millisinin sabiq forvardı Rüfət Dadaşov zədələnib.

Sportinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Berlin “Dinamo”sunun hücumçusu Regionliqanın 10-cu turunda “Altqliniçke” ilə görüşdə sıradan çıxıb.

Belə ki, o, 34-cü doğum gününə bir gün qalmış baş tutan matçın 50-ci dəqiqəsində dizindən xəsarət alaraq əvəzlənməli olub. Baş məşqçi Dennis Kutrieb zədənin ciddi olmasından ehtiyatlandıqlarını açıqlayıb.

Forvard bu gün tibbi müayindən keçəcək. Yalnız ondan sonra zədənin durumu barədə açıqlama veriləcək.

İlk 10 turda 9 xal toplayan “Dinamo” 14-cü pillədə qərarlaşıb. Rüfət Dadaşov cari mövsüm çempionatda 2 qolla yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti