
Albaniya çempionatında 5-ci turun matçları keçirilir.
Sportinfo.az xəbər verir ki, Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani" səfərdə "Bilis"lə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub.
Meydana start heyətində çıxan azərbaycanlı vinger 20-ci dəqiqədə komandasının yeganə qolunu penaltidən vurub. Bu, oyunda ilk qol olub. Matçın 61-ci dəqiqəsində isə İsgəndərli əvəzlənib.
Bu yay "Partizani"yə keçən Vüsal 3-cü turda "Vlajni"yə 1:4 hesabı ilə uduzduqları oyunda da komandasının yeganə qolunu vurmuşdu.
"Partizani" 4 xalla 8-ci pillədə qərarlaşıb.