Rüfət meydana ayaq basdı, komandası qalib gəldi

27 Sentyabr 2025 08:40 Bizimkilər 630
Rüfət meydana ayaq basdı, komandası qalib gəldi

Xorvatiya çempionatında 8-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, həmyerlimiz Rüfət Abdullazadənin formasını geydiyi “Varazdin” öz meydanında “Vukovar 1991”i qəbul edib.

Abdullazadə də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan futbolçu 65-ci dəqiqədə Matej Kukla əvəzlənib.

Matç “Varazdin”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qol Rüfət meydanda olduğu ilk hissədə vurulub.

Bu qələbə sayəsində xallarının sayını 12-ə çatdıran həmyerlimizin komandası turnir cədvəlində üçüncü pilləyə yüksəlib.

“Varazdin” lider Zaqreb “Dinamo”sundan 4, ikinci pillədə qərarlaşan “Hayduk”dan 1 xal geri qalır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti