Millimizin müdafiəçisi “dincəldi”, komandası 5 qolla qalib gəldi - VİDEO

02:10 Bizimkilər 90
Millimizin müdafiəçisi “dincəldi”, komandası 5 qolla qalib gəldi - VİDEO

Türkiyə I Liqasında VII turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mert Çelikin formasını geyindiyi "Sivasspor" doğma meydanda "Adana Demirspor"u qəbul edib.

Qarşılaşma ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Mert bu matçın iştirakçısı olmayıb. 25 yaşlı mərkəz müdafiəçisi sona qədər ehtiyatda qalıb.

7 turdan sonra 8 xal toplayan "Sivasspor" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti