Kamal və daha iki azərbaycanlı “Dinamo”nun oyununda

02:10 Bizimkilər 76
Kamal və daha iki azərbaycanlı “Dinamo”nun oyununda

Azərbaycanlı FİFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının 1-ci turu çərçivəsində keçiriləcək “Ordabası” (Qazaxıstan) – “Dinamo” (Minsk, Belarus) oyununun baş hakimi olacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Kamal Umudluya yan xətdə Namik Hüseynov və Rəhman İmami kömək edəcək. 4-cü hakim funksiyasını isə qazaxıstanlı Saken Baiymbet yerinə yetirəcək.

Sentyabrın 26-da Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 09:20 “Zirə”də yeni müqavilə
25 Sentyabr 09:00 İkisini də o... VİDEO
25 Sentyabr 08:50 "Qarabağ" satışa çıxardı