"Kayzerslautern" Mahiri niyə oynatmır? - Səbəbi məlum oldu

13:40 Bizimkilər 263
"Kayzerslautern" Mahiri niyə oynatmır? - Səbəbi məlum oldu

Azərbaycan yığmasının hücumçusu Mahir Emreli "Kayzerslautern"in heyətinə düşə bilmir.

Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Torsten Liberknext bunu belə əsaslandırıb:

“Mən həmişə yaxşı çıxışı mükafatlandırmaq istəyirəm. Hazırda Mahirin mütləq oynamalı olduğunu düşünmədim.

Komanda hazırda bir dinamika tutub. Belə hallarda arxa planda qalmalı və heyətə qayıtmaq üçün çalışmalısan”.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Xəbərdə eyni zamanda bunlar da qeyd edilib:

"Emreli daha öncə əvvəlki klubu "Nürnberq"də də oxşar problemlər yaşamış, komandada bir qədər təcrid olunmuş vəziyyətdə idi. İndi isə bu vəziyyətə sosial mediada yayımladığı üstüörtülü mesajlarla reaksiya verir".

"Kayzerslautern" hazırda 12 xalla Bundesliqa 2-də liderin 1 xal gerisində 2-cidir./

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:40 Bu nağıl nə vaxt bitəcək?
24 Sentyabr 20:40 Gəl, “Neftçi”, gəl!