Respublikamızda bu gənclər 20 yaşadək əsgər aparılmır

25 Sentyabr 2025 07:30 Bizimkilər 1 536
Respublikamızda bu gənclər 20 yaşadək əsgər aparılmır

Azərbaycanda təhsil alan gənclərə hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.

Bəs bu möhlət hansı təhsil müəssisələrində oxuyanlar üçün keçərlidir?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə görə, peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 20 yaşınadək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

Qanunun müvafiq maddəsinə əsasən, 11 illik təhsil bazası ilə kolleclərə qəbul olunan tələbələr 18 yaşı tamam olduqda təhsillərini dayandıraraq hərbi xidmətə çağırılırlar.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!