Əsədov Asiya yığmasının heyətində meydana çıxdı

02:20 Bizimkilər 88
Əsədov Asiya yığmasının heyətində meydana çıxdı

Azərbaycan futbolunun tanınmış veteranı, SSRİ yığmasının sabiq üzvü, Avropa və dünya çempionu Arif Əsədov Moskvada keçirilən ənənəvi “Əfsanələr Kuboku”nda iştirak edib.

Sportinfo.az xəbər verir ki, turnirdə Rusiya, Serbiya, Türkiyə, Avropa, Asiya və Dünya yığmaları mübarizə aparıblar.

55 yaşlı Əsədov Asiya yığmasının heyətində meydana çıxıb. Komanda 3-cü yer uğrunda matçda Dünya yığmasına 7:10 hesabı ilə uduzaraq yarışı dördüncü pillədə başa vurub.

Turnirin qalibi isə finalda Avropa veteranlarını məğlub edən Rusiya əfsanələri olub.

Əsədov turnir barədə təəssüratlarını bölüşüb:

“Turnir yüksək səviyyədə və dostluq şəraitində keçdi. Mən komandada ən yaşlı oyunçu idim, çünki əsasən 45 yaşadək veteranlar iştirak edirdi.

Asiya yığmasında çox az tanışım vardı, amma Rusiya komandasında demək olar ki, hamını tanıyırdım. Çoxu ilə SSRİ yığmasında birgə oynamışıq. Onopko, Xlestov və məktəb illərindən tanıdığım digər futbolçuları yenidən görmək xoş idi”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 08:20 "Sabah" və "Şamaxı" sevindi
22 Sentyabr 03:10 "İmişli" birinci deyil
22 Sentyabr 03:00 Azərbaycan “HƏ” deyib?
22 Sentyabr 02:10 Qismətin qismətində olan