Azərbaycanlı hücumçu "Neftçi"yə 2 qol vurdu, ən yaxşı seçildi - Qırğızıstanda

23 Sentyabr 2025 02:10 Bizimkilər 709
Azərbaycanlı hücumçu "Neftçi"yə 2 qol vurdu, ən yaxşı seçildi - Qırğızıstanda

Qırğızıstan Premyer Liqasında 19-cu turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Əliyevin formasını geyindiyi "Ozqon" doğma meydanda "Neftçi"ni (Koçkor-Ata) qəbul edib.

Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Orxan da bu matçın iştirakçısı olub. 29 yaşlı forvard 2 qol vuraraq qələbədə pay sahibi olub.

"Ozqon" 19 turdan sonra 28 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!