
Cənubi Koreya çempionatında 30-cu turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejon" öz meydanında "Daequ"nu qəbul edib.
Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Anton bu matçda start heyətdə oyuna çıxıb və sona qədər meydanda olub.
Xallarını 48-ə yüksəldən "Daejon" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.