Cənubi Azərbaycan təmsilçisi heç-heçə ilə başladı - Çempionlar Liqasına

03:30 Bizimkilər 74
Cənubi Azərbaycan təmsilçisi heç-heçə ilə başladı - Çempionlar Liqasına

Asiya Çempionlar Liqasında I tura start verilib.

Sportinfo.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" Birləşmiş Ərəb Əmirliklərində "Əl-Əhli Dubay"ın qonağı olub.

"Əl-Rəşid" stadionunda təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə bitib.

"Qızıl-qurdlar"ın heyətində 14-cü dəqiqədə Tomislav Ştrkal fərqlənib. Rəqibdən isə 65-ci dəqiqədə Qilerme adını tabloya yazdırıb.

Təbriz klubunun hücumçusu Domaqoy Drojdek 51-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Ötən mövsüm tarixində ilk dəfə İran çempionu olan "Traktor" komandası Çempionlar Liqasında növbəti oyununu BƏƏ-nin "Əl-Vahda" klubuna qarşı keçirəcək. Qarşılaşma sentyabrın 29-da Təbrizdə baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda