
Albaniya çempionatında 3-cü turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin komandası “Partizani” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Vlajniya” ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub.
İsgəndərli start heyətdə yer alıb və 68-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 26-cı dəqiqədə Vüsal vurub. Bu oyunda ilk qol olub. Bundan sonra "Vlajniya" futbolçuları 4 qol vurub.