“Arda” Cəlalı oynatmadı, böyükhesablı məğlubiyyətə uğradı

14 Sentyabr 2025 08:50 Bizimkilər 518
“Arda” Cəlalı oynatmadı, böyükhesablı məğlubiyyətə uğradı

Bolqarıstan çempionatında 8-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, millimizin müdafiəçisi Cəlal Hüseynovun formasını geydiyi “Arda” səfərdə “Spartak Varna”nın qonağı olub.

Cəlal əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Matç həmyerlimizin komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

7 oyundan 6 xal toplayan “Arda” 16 komanda arasında 12-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti