Yığmamızın eks müdafiəçisi "Antalyaspor"la müqavilə imzaladı

13 Sentyabr 2025 13:40 Bizimkilər 872
Yığmamızın eks müdafiəçisi "Antalyaspor"la müqavilə imzaladı

Azərbaycanın U-21 yığmasının sabiq üzvü Samet Karakoç Superliqa klubu ilə anlaşıb.

Sportinfo.az xəbər verir ki, müdafiəçi "Antalyaspor"la müqavilə imzalayıb.

Buna qədər "Batman Petrolspor"un formasını geyinmiş 22 yaşlı futbolçu mövsümün sonuna qədər Superliqa təmsilçisinin formasını geyinəcək.

Karakoç buna qədər "Bayrampaşaspor", "Qəbələ", "Isparta 32" klublarında oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti