CAR klubu azərbaycanlı legionerə böyük pullar ödəyəcək

13 Sentyabr 2025 09:40 Bizimkilər 2 389
CAR klubu azərbaycanlı legionerə böyük pullar ödəyəcək

Turan Manafovun karyerasını Cənubi Afrika Respublikasında (CAR) davam etdirəcəyini bilirsiz.

Azərbaycanlı futbolçu "Stellenboş"la anlaşıb.

Millimizin sabiq müdafiəçisi 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Turan Manafov son olaraq "Kəpəz"də çıxış edib. O, daha əvvəl "Zaqatala", "Səbail", "Olimpiakos" (Volou) və "Araz-Naxçıvan"ın formasını geyinib.

27 yaşlı sol cinah oyunçusu Afrikada indiyədək qazanmadığı qədər pul əldə edəcək. CAR klubu həmyerlimizə illik olaraq 120 min dollar əməkhaqqı ödəyəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti