Xarici klub Azərbaycandan olan transferini elan etdi - FOTOLAR

12 Sentyabr 20:20 Bizimkilər 247
Xarici klub Azərbaycandan olan transferini elan etdi - FOTOLAR

Ötən mövsümü “Kəpəz”də keçirən Turan Manafovun yeni klubu məlum olub.

Əslində, hələ 2-3 ay əvvəldən məlum idi.

Sadəcə, Cənubi Afrika Respublikasında işçi vizası almaqla bağlı yaranmış problem əməkdaşlığın rəsmiləşməsini əngəlləyirdi.

Artıq məsələ öz həllini tapıb ki, “Stellenboş” keçidlə bağlı məlumat yayıb.

Afrika klubu detallarla bağlı ətraflı bilgi verməsə də, sol ayaqla vurduğu cərimə zərbələri ilə məşhurlaşan azərbaycanlını öz futbolçusu kimi təqdim edib.

Tərəflər arasındakı razılaşmaya əsasən, Manafov 2026-cı ilin iyun ayına qədər “Stellenboş”a məxsus olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM