COP29

Azərbaycanlı məşqçi getdiyi xarici klubla 1 ay sonra rəsmən vidalaşdı

29 Oktyabr 00:50 Bizimkilər 1 949
Azərbaycanlı məşqçi getdiyi xarici klubla 1 ay sonra rəsmən vidalaşdı

Rüfət Quliyev "Biliş” karyerası rəsmən başa çatıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis Albaniya klubu ilə müqaviləsinə artıq xitam verib.

Buna səbəb isə klub rəhbərliyinin müqavilə şərtlərinə əməl etməməsidir. Belə ki, albanlar 1 ay öncə işə başlamış Quliyevə əvvəlcədən nəzərdə tutulmuş məbləği verməyib.

Ona söz verilsə də, sonda həmin maaşı ödəməkdən boyun qaçırıblar. Ona görə də Quliyev "Biliş"lə mövsümün sonuna qədər olan müqaviləsinə xitam verib:

"Albaniya klubunda işlərim o qədər də yolunda getmədi. Əslində yaxşı başlamışdıq.

İki aya yaxın "Bilis"də çalışdım. Daha sonra anamın səhətinə görə Bakıya qayıtmalı oldum.

Əsas komandaları Albaniya çempionatında sonuncu sırada qərarlaşıb. Paralel olaraq çalışdığım U-21 kollektivi isə mənim rəhbərliyim altında 4 oyunda maksimum nəticə göstərib.

İşlərim tək bununla bitmirdi. Eyni zamanda "Bilis"in 19 yaşadək futbolçulardan ibarət komandasına da nəzarət edirdim.

Klubla danışıqlara başlayanda rəhbərlik bildirdi ki, məvacibim kifayət qədər yüksək olacaq. Lakin bu, müqavilə şərtlərində əksini tapmadı.

Onlara inanmışdım. Daha sonra başqa bir məbləğ təklif etdilər, ona da mən razı olmadım.

Hazırda Bakıdayam, onlar məni geri çağırırlar. Lakin bu şərtlər altında Albaniyaya dönməyəcəm.

Ortada gülünc vəziyyət var. Komandanın bir neçə işini görməyimə baxmayaraq, normal məvacib ödənilmir.

Müqaviləmə qarşılıqlı şəkildə xitam veriləcək və ayrılacağam. Yeri gəlsə, onların mənə borcu var, mənim onlara deyil".

Mütəxəssis Azərbaycanda qalıb, işləmək istədiyini söyləyib:

"Düzdür, ölkədən kənarda işləmək təcrübədir. Lakin işimizə qiymət verilmirsə, orada qalmaq doğru çıxmaz.

Təəssüf ki, Azərbaycanda bizim kimi məşqçilərə iş tapmaq müəyyən qədər çətin olur. İnanıram ki, öz Vətənimdə işləyəcəyəm",

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!